Medianews.az
Ramazanda qidalanma səhvləri:
73 baxış

Ramazanda qidalanma səhvləri: Mütəxəssislərdən xəbərdarlıq

Ramazan ayında uzunmüddətli aclıq səbəbindən qidalanma rejiminin düzgün qurulması xüsusi əhəmiyyət daşıyır.

Medianews.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, yol verilən bəzi səhvlər həzm problemləri, halsızlıq və digər sağlamlıq risklərinə səbəb ola bilər.

Mütəxəssislərə görə, oruc zamanı üç vacib məqama diqqət yetirilməlidir: yuxu rejimi, kifayət qədər su qəbulu və düzgün qidalanma. İdeal rejim iki əsas (imsak və iftar) və bir ara qidadan ibarət olmalıdır.

İmsaksız oruc tutmaq gün ərzində zəiflik və qida çatışmazlığı yaradır. İmsaksız yumurta, göyərti, qoz kimi zülal və faydalı yağ mənbələrinə üstünlük verilməlidir.

Bu vərdiş reflü və həzm pozğunluqlarını artıra bilər. Yeməkdən sonra bir qədər vaxt keçməsi tövsiyə olunur.

Tərəvəzlərin az istehlakı immun sistemini zəiflədir və qəbizlik riskini artırır. Həm imsakda, həm də iftarda tərəvəz yeməklərinə və salatlara yer verilməlidir.

İftarla imsak arasında kifayət qədər su qəbul edilməməsi baş ağrısı, halsızlıq və qəbizliyə səbəb olur. Günlük su tələbatı bədən çəkisinin hər kiloqramına 30–35 ml hesabı ilə müəyyənləşdirilə bilər.

Orucu birdən-birə ağır yeməklərlə açmaq həzm pozğunluğuna gətirib çıxarır. Əvvəlcə şorba içmək, sonra qısa fasilə verərək əsas yeməyə keçmək daha məqsədəuyğundur.

İftardan sonra yüngül fiziki aktivlik maddələr mübadiləsini dəstəkləyir və iştahı tənzimləyir.

Şərbətli, yağlı və qızardılmış şirniyyatlar əvəzinə südlü və meyvəli desertlərə üstünlük verilməlidir.

Qızartmalar, eləcə də kolbasa, sosiska kimi məhsullar mədə yanması və təzyiq problemlərini artıra bilər.

Mütəxəssislər balanslı və müxtəlif qidalanmanın, həmçinin düzgün su rejiminin Ramazanı sağlam keçirməyin əsas şərti olduğunu vurğulayırlar.

Medianews.az

 

Bizə qoşulun