Medianews.az
“Real Madrid”də qalmaqallı iddia –
118 baxış

“Real Madrid”də qalmaqallı iddia – futbolçuların qidalanması ChatGPT-yə tapşırılıb?

İspaniyanın nəhəng klubu "Real Madrid" ətrafında maraqlı və bir qədər də mübahisəli iddia gündəmə gəlib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, klubun sabiq qidalanma mütəxəssisi Itziar Gonzalez sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. O bildirib ki, fəaliyyət göstərdiyi dövrdə futbolçulara hansı qida əlavələrinin verilməsi ilə bağlı qərarlar bəzən ChatGPT vasitəsilə müəyyənləşdirilib.

Gonzalez iddia edir ki, o, məhz ChatGPT-nin pulsuz versiyasına müraciət edərək oyunçular üçün uyğun hesab edilən əlavələri soruşub və əldə etdiyi tövsiyələri praktikada tətbiq edib. Onun sözlərinə görə, bu yanaşma bəzi hallarda qərarvermə prosesini sürətləndirsə də, müzakirələrə səbəb olub.

Qeyd edək ki, Itziar Gonzalez 2021–2025-ci illərdə “Real Madrid”in əsas komandasında qidalanma üzrə mütəxəssis kimi fəaliyyət göstərib. O, qidalanma ilə yanaşı fizioterapiya, osteopatiya və sağlamlıq sahəsində də yüksək ixtisaslara malikdir.

Məsələ ilə bağlı klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Lakin sosial şəbəkələrdə yayılan bu məlumat azarkeşlər və mütəxəssislər arasında birmənalı qarşılanmayıb – bəziləri bunu innovativ yanaşma kimi qiymətləndirsə də, digərləri peşəkar idmanda belə üsulların riskli olduğunu vurğulayır.

5f9f6472-51b4-4c7f-956c-ecaf306ef752.jpg (126 KB)

Bizə qoşulun