Medianews.az
"Real" onlara görə 100 milyon xərcləməyə hazırdır
142 baxış

"Real" onlara görə 100 milyon xərcləməyə hazırdır

“Real” yay transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirə bilər.

Publika.az xəbər verir ki, klub iki futbolçunun transferi üçün təxminən 100 milyon avro ayırmağa hazırdır. Söhbət “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodridən gedir. Bu barədə insayder Alberto Pereiro məlumat yayıb.

26 yaşlı Şlotterbek “Real”a keçməkdə çox maraqlıdır və bu səbəbdən “Borussiya” ilə yeni müqavilə danışıqlarını qəsdən gecikdirir. Müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Dortmund klubu onu təxminən 50-60 milyon avroya qiymətləndirir.

29 yaşlı Rodrinin də “Mançester Siti” ilə müqaviləsi 2027-ci ildə başa çatır. Məlumatlara görə, “şəhərlilər” yarımmüdafiəçi ilə 50-60 milyon avro qarşılığında yollarını ayıra bilər.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Rodrinin bazar dəyəri 75 milyon avro, Şlotterbekin isə 55 milyon avrodur.

Bizə qoşulun