“Real”ın müdafiəçisi Raul Asensio səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, futbolçuda qastroenterit simptomları kəskinləşib.
Asensio xəstəlik səbəbindən Çempionlar Liqasında “Bayern”ya qarşı oyunu buraxıb. Son iki gün ərzində isə onun vəziyyəti daha da pisləşib və 6 kiloqram çəki itirib, nəticədə xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.
Bildirilir ki, Raulun qısa müddətdə meydana qayıtması gözlənilmir.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi cari mövsümdə 31 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.