Medianews.az
"Real"ın qapıçısı "İnter"in
97 baxış

"Real"ın qapıçısı "İnter"in hədəfindədir

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir.

Lunin "kral klubu"nda əsas qapıçı olmadığı üçün ayrılığa isti yanaşır. "İnter" 27 yaşlı "əlcək sahibi"ni yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.

Bizə qoşulun