Medianews.az
Rəqsanənin Gəncədəki konserti
70 baxış

Rəqsanənin Gəncədəki konserti ləğv olundu

Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.

Medianews.az Bizim.Media-ya istinadla xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.

Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.

Qeyd edək ki, Rəqsanə qızı Aysunla "İllər sonra" adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. Bəziləri ev dustaqlığında olan şəxsin necə konsert verəcəyi ilə bağlı suallar ünvanlamışdılar.

Xatırladaq ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin martın 4-dən aprelin 4-nə qədər artırıb.

Bizə qoşulun