Medianews.az
Roberto Martines:
75 baxış

Roberto Martines: "Heç kim Ronaldo kimi penalti vura bilməz"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı Kriştiano Ronaldonun DÇ-2026-dakı çıxışını yüksək qiymətləndirib.

Medianews.az xəbər verir ki, baş məşqçi 41 yaşlı hücumçunun soyuqqanlılığını xüsusi qeyd edib: "Bu Dünya Çempionatında penaltini Kriştiano Ronaldo kimi mükəmməl yerinə yetirə biləcək ikinci bir futbolçu yoxdur."

Xatırladaq ki, Portuqaliya yığması 1/16 finalda Xorvatiyaya qalib gələrək (2:1) adını 1/8 finala yazdırıb. Start heyətində meydana çıxan Ronaldo oyunun 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Bu qolla o, Dünya Çempionatları tarixinin pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu ünvanını qazanıb.

Portuqaliya millisi növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq. Prinsipial oyun iyulun 6-sı, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Medianews.az

Bizə qoşulun