Dünya futbol ulduzu Kriştiano Ronaldo ilə model Corcina Rodrigez arasında bağlandığı iddia olunan nikah müqaviləsinin detalları gündəmə çevrilib.
MEDİANEWS.az xəbər verir ki, sosial mediada yayılan məlumatlara görə, müqavilədə yer alan bəzi bəndlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
İddialara əsasən, Ronaldo Rodrigezə ömürlük olaraq hər ay 144 min dollar ödəməyi öhdəsinə götürüb. Bu məqam müqavilənin ən diqqətçəkən şərtlərindən biri kimi göstərilir.
Bundan başqa, 5,6 milyon dollar dəyərində olan malikanənin mülkiyyət sənədinin də Rodrigezə veriləcəyi bildirilir. Həmin addımın onun gələcək təminatına yönəldiyi qeyd olunur.
Müqavilədə eyni zamanda Rodrigezin dəbdəbəli həyat tərzinin qorunması, tətilləri və şəxsi xərclərinin də qarşılanacağı ilə bağlı bəndlərin yer aldığı iddia edilir.
Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib, lakin yayılan detallar artıq sosial mediada böyük rezonans doğurub.


