Medianews.az
Rus ordusundan SKANDAL görüntülər: öz əsgərlərinə belə işgəncə verirlər
56 baxış

Rus ordusundan SKANDAL görüntülər: öz əsgərlərinə belə işgəncə verirlər (18+ VİDEO)

Britaniya mətbuatında yayımlanan görüntülər Rusiya ordusunda xidmət edən əsgərlərin işgəncələrə və qeyri-insani rəftara məruz qaldığı ilə bağlı ciddi iddiaları yenidən gündəmə gətirib.

Medianews.az xəbər verir ki, yayılan videolarda rus komandirlərinin öz əsgərlərinə qarşı zorakılıq etdiyi, yaralı hərbçilərin yenidən cəbhəyə göndərildiyi və yüksək itkilərlə nəticələnən əməliyyatlara məcbur edildiyi iddia olunur.

Putin'in komutanları neler yapmış neler! Rus ordusunda skandal görüntüler

“Daily Mail” tərəfindən yayımlanan görüntülərdə əsgərlərin döyüldüyü, elektrik cərəyanı verildiyi, aclıq çəkdirildiyi və ağır şəraitdə saxlanıldığı əks olunub. Bəzi kadrlarda əsgərlərin palçıqda sürünməyə məcbur edildiyi, ağaclara bağlandığı və sıfırdan aşağı temperaturda saxlanıldığı iddia edilir.

Ən diqqət çəkən iddialardan biri isə ağır yaralı əsgərlərin yenidən cəbhəyə göndərilməsidir. Görüntülərdə qoltuqağacı ilə gəzən yaralı əsgərlərə silah verildiyi və döyüş zonasına geri göndərildiyi göstərilir. Bəzi əsgərlərin xəstəxanadan çıxarıldıqdan dərhal sonra hücum əməliyyatlarına göndərildiyi bildirilir. Bir əsgərin “İki ciddi xəsarətim və beyin zədəm var, amma yenə də cəbhəyə geri göndərildim” sözləri yayılan görüntülərdə yer alıb.

Putin'in komutanları neler yapmış neler! Rus ordusunda skandal görüntüler

İddialar arasında əsgərlərin “ət hücumları” adlandırılan və yüksək itkilərlə nəticələnən əməliyyatlara göndərilməsi də var. Bildirilir ki, əsgərlər sursatları bitənə qədər Ukrayna mövqelərinə doğru irəliləməyə məcbur edilir və geri çəkilməyə icazə verilmir.

Digər görüntülərdə isə əsgərlərin zəncirləndiyi, qutulara kilidləndiyi, təhqir edildiyi və “qaçan itlər” adlandırıldığı iddia olunur. Bəzi hallarda əmrlərə tabe olmayan və ya fərarilik etməyə çalışan əsgərlərin sərt şəkildə cəzalandırıldığı, hətta edam edildiyi ilə bağlı iddialar səsləndirilir.

Putin'in komutanları neler yapmış neler! Rus ordusunda skandal görüntüler

Hərbi ekspert Keir Giles bildirib ki, zorakılıq və sui-istifadə Rusiya ordusunun strukturunda dərin kök salmış problemlərdən biridir və əsgərlərin “xərclənə bilən resurs” kimi görüldüyü iddia olunur.

Putin'in komutanları neler yapmış neler! Rus ordusunda skandal görüntüler

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusu son dövrlərdə ağır itkilər verib və bəzi döyüşlərdə 24 saat ərzində minlərlə əsgərin öldüyü və ya yaralandığı iddia edilir. Eyni zamanda, Rusiyanın hərbi ehtiyacları ödəmək üçün yoxsul bölgələrdən, azlıqlardan və hətta məhbuslardan məcburi şəkildə əsgər topladığı ilə bağlı iddialar da səsləndirilir.

Yayılan görüntülər və iddialarla bağlı Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun