Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov rüşvət və dələduzluq ittihamı ilə 19 il həbs cəzasına məhkum edilib.
Medianews.az Apa-ya istinadən xəbər verir ki, məhkəmə keçmiş nazir müavinini 85 milyon rubl cərimələyib.
O, həmçinin təqaüddə olan ordu generalı rütbəsindən də məhrum edilib.
Məhkəmədə Popovun Müdafiə Nazirliyinin vəsaitlərindən və "Patriot" Parkı üçün ayrılan vəsaitlərdən qanunsuz olaraq varlandığı sübut olunub.