Medianews.az
Rusiyada IX sinif şagirdi müəllimini
125 baxış
Yüklə

Rusiyada IX sinif şagirdi müəllimini bıçaqlayaraq öldürüb

Rusiyanın Perm diyarının Dobryanka şəhərində şagird rus dili və ədəbiyyatı müəlliminə hücum edib.

Medianews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında məktəbin girişində baş verib.

IX sinif şagirdi bıçaqla sinif rəhbərinə hücum edib.

Müəllim xəstəxanada ölüb.

Bildirilir ki, müəllim daha əvvəl şagirdlərlə konflikt yaşamayıb.

Hadisəni törədən yeniyetmə saxlanılıb, hadisə araşdırılır.

Bizə qoşulun