Medianews.az
Rusiyadan benzinlə bağlı kritik siqnal:
139 baxış

Rusiyadan benzinlə bağlı kritik siqnal: qadağan edəcəyik

Rusiya Energetika Nazirliyi yanacaq bazarında mümkün qiymət artımlarına qarşı sərt addım ata biləcəyini açıqlayıb.

Medianews.az-ın xəbərinə görə, nazirlik bildirib ki, daxili bazarda tarazlıq pozularsa, benzin ixracına qısa müddətdə qadağa tətbiq oluna bilər.

Nazirliyin Neft və Qaz Qurğuları Departamentinin direktoru Anton Rubtsov Moskvada keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, hazırda ölkədə yanacaq bazarı balanslıdır. Lakin o, xəbərdarlıq edib ki, ixracın artması daxili bazarda təchizat problemlərinə səbəb ola bilər.

“Yanacaq ixracı daxili bazarda çatışmazlıq yarada bilər. Əgər balans pozularsa, biz çox qısa müddətdə ixraca qadağa tətbiq edə bilərik”, – deyə Rubtsov vurğulayıb.

Qeyd edək ki, hazırda Rusiyada benzin, dizel və bəzi digər neft məhsulları üzrə qismən ixrac məhdudiyyətləri qüvvədədir. Bununla belə, neft məhsulları istehsalçıları müəyyən hallarda bu məhdudiyyətlərdən kənarda qalır.

Medianews.az

Bizə qoşulun