Rusiya Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin böyük oğlu Seyf əl-İslamın öldürülməsini qətiyyətlə pisləyir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Moskva hərtərəfli araşdırmanın aparılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunacağını gözləyir.
Qeyd edək ki, Seyf əl-İslam ötən gün Zintan şəhərində sui-qəsd nəticəsində öldürülüb.