Medianews.az
Rusiyanın "ixrac damarı" kəsildi:
78 baxış

Rusiyanın "ixrac damarı" kəsildi: Ust-Luqa limanı VURULDU

Rusiyanın Leninqrad vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum nəticəsində Ust-Luqa limanına yenidən ziyan dəyib.

Medianews.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Drozdenko məlumat yayıb.

"Leninqrad vilayəti üzərində 38 PUA məhv edilib... Üç sakinin tibbi yardıma ehtiyacı yaranıb ki, onlardan ikisi uşaqdır", – deyə qubernator öz sosial şəbəkə hesabında bildirib.

Drozdenko Ust-Luqa limanının zədələndiyini dəqiqləşdirib. Onun sözlərinə görə, Kirov rayonunun Molodtsovo qəsəbəsində PUA qalıqlarının düşməsi nəticəsində yaşayış evləri, məktəb binası və sosial obyektə ziyan dəyib.

Qeyd edək ki, bu, son günlərdə Ust-Luqaya edilən ilk zərbə deyil. Martın 25-dən 29-na qədər həyata keçirilən bir neçə hücum Rusiyanın Baltik dənizindəki əsas ixrac qovşaqlarından birinin infrastrukturunun bir hissəsini sıradan çıxarıb. Belə ki, Ust-Luqada terminal obyektləri, rezervuarlar, həmçinin neft məhsullarının boşaldılması üçün nəzərdə tutulan dəmir yolu estakadası zədələnib.

Hadisədən sonra terminal yüklərin bir hissəsinin qəbulunu dayandırıb, qəza xidmətləri isə güclü yanğını söndürməli olublar.

Primorsk, Ust-Luqa və digər məntəqələrə edilən hücumlar fonunda Rusiyanın ixrac neft güclərinin ən azı 40%-i (təxminən sutkada 2 milyon barel) təhlükə altına düşüb./Musavat.com 

Bizə qoşulun