Medianews.az
Rusiyaya qızıl axını:
67 baxış

Rusiyaya qızıl axını: plan açıqlandı

Afrika ölkəsi Qana Rusiyaya qızıl satmaqda maraqlıdır.

Medianews.az xəbər verir ki, bu barədə Qananın Moskvadakı səfiri Koma Steem Jehu-Appiah danışıb.

Səfir bildirib ki, Qana artıq ixrac üçün hazır qızıl ehtiyatlarını əldə edib və Rusiyaya ticarət etmək məqsədi ilə bütün hazırlıqlarını tamamlayıb. “Qana Rusiyaya qızıl ixrac etməkdə çox maraqlıdır”, – səfir vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Polşa və Qazaxıstan müvafiq olaraq 67,1 ton və 32,4 ton qızıl alaraq bu metalın ən böyük alıcıları kimi önə çıxıb. Qana isə Türkiyə, Çexiya, Kamboca, Qətər, Hindistan və Serbiya ilə birlikdə qızıl alıcılarının ilk onluğuna daxil olub.

Medianews.az

Bizə qoşulun