Medianews.az
Sahil Babayev əmr imzaladı -
158 baxış

Sahil Babayev əmr imzaladı - Bu strukturlar ləğv edildi

“Dövlət Xəzinədarlıq Agentliyinin regional xəzinədarlıq idarələri qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən təşkil edilir".

Medianews.az xəbər verir ki, bunu yeni regional xəzinədarlıq idarələrinin ləğv ediləcəyi barədə APA-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mayis Piriyev deyib.

O qeyd edib ki, yenidən təşkil olunacaq strukturda regional xəzinədarlıq idarələrində çalışan əməkdaşlarla bağlı əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.

M.Piriyevin sözlərinə görə, hazırda dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Əsas prioritetlərdən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli şəkildə icrasının təmin edilməsidir.

“Bu çərçivədə Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyətində rəqəmsal idarəçiliyin tətbiqi genişləndirilir, dövlət xəzinədarlığı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli yaradılır”, - nazirlik rəsmisi bildirib.

Bizə qoşulun