Medianews.az
Salah A Seriyasına
65 baxış

Salah A Seriyasına qayıda bilər

Məhəmməd Salah 2025/2026 mövsümünün sonunda İtaliya A Seriyasına qayıda bilər.

Medianews.az  "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sabiq klubu "Roma"ya qayıtmaq variantını nəzərdən keçirir. Bu keçid üçün əsas maneə isə maliyyə məsələsi ola bilər. Salah hazırda ildə 12 milyon avro maaş alsa da, Roma təmsilçisində maaş sərhədi 4 milyon avro civarındadır. Buna baxmayaraq misirli forvardın bir mövsümlük müqavilə ilə "canavarlar"ın heyətinə qoşulmaq ehtimalı var.

Xatırladaq ki, Məhəmməd Salah 2015-2017-ci illərdə "Roma"da çıxış edərək 83 oyunda 34 qol vurub.

Bizə qoşulun