Amerika Stomatologiya Assosiasiyası saqqız çeynəmək üçün tövsiyə olunan maksimum vaxtın gündə 30 dəqiqə olduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində uzun müddət saqqız çeynəmək boyun və çənə gərginliyinə, temporomandibular oynaq ağrılarına və baş ağrılarına səbəb ola bilər.
Ekspertlər bildiriblər ki, həddindən artıq saqqız çeynəmək həzm problemləri – şişkinlik, qaz və ürəkbulanma yarada bilər.
Medianews.az