ABŞ-nin Azərbaycandakı səfirliyi millimizin və "Qarabağ"ın sabiq futbolçusu Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən "Colombus Crew" klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.
Medianews.az Oxu.Az-a istinadən həmin paylaşımı təqdim edir:
"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Columbus Crew" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik. "Qarabağ"ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin yüksək (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur".
Səfirlik həmçinin "Qarabağ" klubuna bu axşamkı Çempionlar Liqasının pey-off qarşılaşmasında ("Qarabağ" - "Nyukasl") uğurlar və inamlı qələbə arzu edib.