Medianews.az
Səhər ürəkbulanmasının gözlənilməz səbəbi
98 baxış

Səhər ürəkbulanmasının gözlənilməz səbəbi AÇIQLANDI

“Səhər ürəkbulanması ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər”. 

Medianews.az xəbər verir ki, bunu rusiyalı həkim Olqa Malinovskaya deyib.

Onun sözlərinə görə, bu vəziyyət nadir hallarda ürək çatışmazlığı və ya tiroid problemləri ilə bağlı yarana bilər. Daha çox rast gəlinən səbəblər isə qastrit, mədə xorası, reflüks, pankreatit və xolesistit kimi mədə-bağırsaq xəstəlikləridir.

Malinovskaya əlavə edib ki, diabet zamanı karbohidrat mübadiləsinin pozulması da səhər ürəkbulanmasına səbəb ola bilər. Bundan başqa, dəmir preparatları, antibiotiklər və antidepresanlar kimi bəzi dərmanların acqarına qəbulu da bu simptoma gətirib çıxara bilər.

Medianews.az

Bizə qoşulun