Rusiyalı onkoloq Vladimir İvaşkov bir il şəkər istifadə etməyib və əldə etdiyi nəticəni bölüşüb.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, o, bu müddətdə üç kiloqram arıqlayıb.
İvaşkov qeyd edib ki, əvvəlcədən artıq çəkisi olmadığı üçün nəticə nisbətən az görünə bilər. Onun sözlərinə görə, artıq çəkisi olan insanlarda göstəricilər daha yüksək olur. Həkim vurğulayıb ki, itirilən üç kiloqram çəki məhz üç kiloqram yağ idi. Söhbət daxili orqanların ətrafında toplanan və sağlamlıq üçün ciddi risk yaradan visseral yağdan gedir.
Bundan əlavə, adi stomatoloji müayinə zamanı diş həkimi onun diş minasının keyfiyyətinin yaxşılaşdığını və ağız boşluğunda ərpin azaldığını qeyd edib. İvaşkovun sözlərinə görə, ağızdakı bakteriyalar şəkərlə qidalandığı üçün əlavə şəkərin rasiondan çıxarılması çürük və diş əti iltihabı riskini azaldır.
Medianews.az