Medianews.az
Şəkil çəkmək istədi, həyatını itirdi –
228 baxış

Şəkil çəkmək istədi, həyatını itirdi – “ölü” fil qəfil hücum etdi

Namibiyada faciəvi hadisə baş verib. 46 yaşlı qadın ölü hesab edilən fillə şəkil çəkdirmək istəyərkən heyvanın hücumuna məruz qalaraq həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə yerli sakinlərin filə ayağından atəş açmasından sonra baş verib.

Orada toplaşan insanlar heyvanın öldüyünü güman ediblər.

Klaudia Mvaala adlı qadın heyvanın başına toxunaraq foto çəkdirməyə cəhd edib.
Lakin həmin an gözlənilməz hadisə baş verib. Şahidlərin sözlərinə görə, fil qəfildən ayağa qalxaraq qadına hücum edib.

Qadın çox ağır xəsarətlər alaraq hadisə yerindəcə həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparır.

Medianews.az

Bizə qoşulun