Cənubi Koreyada 2021-ci ildə iki F-15K qırıcı təyyarəsinin havada toqquşmasına pilotların uçuş zamanı foto və video çəkmək cəhdi səbəb olub.
Medianews.az xəbər verir ki, Seul Nəzarət və Təftiş Şurası hesabat yayımlayın.
Hesabatına görə, Daegu bölgəsində təlim uçuşu zamanı pilotlar şəxsi telefonla çəkiliş apararkən təhlükəli manevrlər ediblər və nəticədə təyyarələr toqquşub. Hadisədə xəsarət alan olmayıb, lakin təxminən 880 milyon von ziyan yaranıb.
Araşdırmalar göstərib ki, pilotlardan biri son uçuşunu yadda saxlamaq üçün çəkiliş aparmaq istəyib və bu niyyətini əvvəlcədən də bildirib. Uçuş zamanı daha yaxşı görüntü almaq üçün edilən manevr toqquşmaya gətirib çıxarıb.
Məlumata görə, lider təyyarə toqquşmanın qarşısını almağa çalışsa da, havada kontaktdan qaçmaq mümkün olmayıb və bir təyyarənin qanadı, digərinin isə quyruq hissəsi zədələnib.
Başlanğıcda ziyanın tam ödənilməsi pilotdan tələb olunsa da, sonradan qərar dəyişdirilib. Qurum hava qüvvələrinin şəxsi çəkilişlərə nəzarətdə zəif olduğunu bildirərək cəriməni 88 milyon vonadək azaldıb.
Qərarda pilotun əvvəlki müsbət xidməti və zədələnmiş təyyarəni təhlükəsiz şəkildə bazaya qaytarması da nəzərə alınıb.
Medianews.az