Medianews.az
SEPAH İsrailə qarşı 10-cu hücum dalğasına başladı:
118 baxış

SEPAH İsrailə qarşı 10-cu hücum dalğasına başladı: "Doğru vəd 4" əməliyyatı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Doğru Vəd 4" əməliyyatı çərçivəsində İsrailə qarşı yeni və genişmiqyaslı hücum dalğasının başladığını elan edib.

Medianews.az xəbər verir ki, bu mərhələdə "Xeybər" raket manevrlərindən istifadə edilərək geniş atəş xətlərinin açıldığı bildirilir.

İran tərəfinin rəsmi bəyanatına görə, 10-cu dalğa hücumlarının əsas hədəfləri aşağıdakılardır:

Tel-Əviv: İsrailin mərkəzi hökumət kompleksinə qarşı nöqtə zərbələri;

Heyfa: Şəhərdəki strateji hərbi və təhlükəsizlik obyektləri;

Şərqi Qüds: Müəyyən edilmiş hərbi hədəflərin vurulması.

SEPAH rəsmiləri bu əməliyyatın İsrailin hərbi və idarəetmə infrastrukturunu tamamilə iflic etmək məqsədi daşıdığını vurğulayıblar. Eyni zamanda, Tel-Əviv və Heyfada hava həyəcanı siqnallarının fasiləsiz çaldığı, HHM sistemlərinin kütləvi raket axınını dəf etməyə çalışdığı gələn xəbərlər arasındadır./Musavat.com

Bizə qoşulun