Medianews.az
Səudiyyə səmasında raket yağışı:
98 baxış

Səudiyyə səmasında raket yağışı: ABŞ-nin 5 strateji təyyarəsi sıradan çıxdı

İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 5 yanacaqdolduran təyyarə zədələnib.

"The Wall Street Journal"ın (WSJ) ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, təyyarələr yerdə olarkən zərbəyə məruz qalıb, lakin tam məhv edilməyib və hazırda təmir olunurlar.

Bu insidentlə birlikdə son günlər ərzində İranın hücumları nəticəsində sıradan çıxan ABŞ tanker-təyyarələrinin sayı minimum 7-yə çatıb. Qəzet həmçinin İrana qarşı aparılan "Epic Fury" (Epik Qəzəb) əməliyyatının başladığı gündən (28 fevral 2026) bəri ABŞ ordusunun verdiyi itkilərin statistikasını yeniləyib. Məlumata görə, döyüş əməliyyatları zamanı 13 amerikalı hərbçi həlak olub, 10-u ağır olmaqla ümumilikdə 200-ə yaxın hərbçi yaralanıb. Yaralıların təxminən 170-nin artıq sağalaraq xidmətə qayıtdığı bildirilir.

İranın bu hücumu Səudiyyə Ərəbistanının bir neçə ballistik raketi zərərsizləşdirməsinə baxmayaraq, bəzi mərmilərin hava hücumundan müdafiə sistemlərini keçərək bazanın logistik infrastrukturuna zərər vurduğunu göstərir.//Musavat.com

Bizə qoşulun