Medianews.az
Şəxsiyyət yetişdirən nədir:
122 baxış

Şəxsiyyət yetişdirən nədir: genetika, yoxsa mühit?

Alimlər uzun illərdir insan şəxsiyyətinin formalaşmasında genetika və mühitin rolunu araşdırır. Mütəxəssislərin fikrincə, DNT mühüm amil olsa da, yaşanılan mühit və mədəniyyət də ən az genlər qədər təsir gücünə malikdir.

Medianews.az xəbər verir ki, tədqiqatlarda əsasən biryumurta və ikiyumurta əkizləri müqayisə olunur.

 DNT-si demək olar eyni olan biryumurta əkizləri ilə genlərinin təxminən yarısını paylaşan ikiyumurta əkizləri arasındakı fərqlər ətraf mühitin təsirini daha aydın göstərir.

2015-ci ildə yayımlanan və 50 illik məlumatları əhatə edən geniş təhlildə dünya üzrə 14 milyon əkizin 17 xüsusiyyəti öyrənilib. Təhsil səviyyəsi, siyasi baxışlar, psixi sağlamlıq və şəxsiyyət xüsusiyyətləri kimi göstəricilər üzrə nəticə göstərib ki, fərqlərin orta hesabla yalnız 50 faizi genetik amillərlə izah olunur.

Araşdırmalar həmçinin zəka əmsalının (IQ) yarıdan çoxunun irsi olduğunu, lakin şəxsiyyət xüsusiyyətlərinin təxminən 40 faizinin genetika ilə bağlı olduğunu ortaya qoyur. Qalan hissədə isə mühit amili daha üstün rol oynayır.

Oslo Universitetində çalışan psixiatrik, genetik Ziada Ayorex bildirir ki, hər kəsin DNT-si özünəməxsusdur və əsas genetik quruluş yaşanılan yerə görə dəyişmir. Onun sözlərinə görə, insanı formalaşdıran təkcə genetika deyil: “Biz çox vaxt genetik xüsusiyyətlərimizə uyğun mühit seçməyə meylli oluruq”.

Mütəxəssislər hesab edir ki, insanın kimliyini həm irsi faktorlar, həm də yaşadığı sosial-mədəni mühit birlikdə müəyyənləşdirir.

Medianews.az

Bizə qoşulun