Medianews.az
Argentinada Messinin 26 metrlik
99 baxış

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı olub

Argentinada 8 qat "Qızıl top" və Dünya Kubokunun qalibi Lionel Messinin ən hündür heykəli açılıb.

Bu barədə "TyC Sports" telekanalı məlumat yayıb.

Abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Dizayn heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.

İyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində argentinalı hücumçunun 21 metrlik heykəli güclü küləklər şəraitində strukturun qeyri-sabit olması ilə bağlı şikayətlərdən sonra sökülüb./"Report"

Bizə qoşulun