Medianews.az
“Simpsonlar” gələcəyi “içəridən” bilirdi? -
95 baxış

“Simpsonlar” gələcəyi “içəridən” bilirdi? - Yaradıcısı Epşteynlə dost imiş

Amerikalı cizgi komediya serialı “Simpsonlar” uzun illərdir təkcə satirik dili ilə deyil, bəzən “peyğəmbərlik” kimi təqdim edilən səhnələri ilə də gündəmə gəlir.

“Qafqazinfo” xəbər verir ki, serialın yaradıcısı Met Qroeninqin adının Ceffri Epşteynlə bağlı sənədlərdə yer alması isə bu müzakirələrə yenilik qatıb.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi ilə bağlı yayımlanan sənədlərdə Met Qroeninqin adı çəkilir. Qroeninqin adı, eyni zamanda, Epşteynin istismar qurbanlarından biri olan Virciniya Cuffri tərəfindən də qeyd olunub.

Cuffri daha əvvəl verdiyi açıqlamalarda Epşteynlə Qroeninq arasında dostluq münasibətlərinin olduğunu iddia edib:

“Ceffri bir dəfə məndən şəxsi təyyarədə Met Qroeninqin ayaqlarını masaj etməyimi istəmişdi. Met güldü, sonra qardaşım və atam üçün Bart və Homerin rəsmini çəkdi”.

Bu iddialar ilk dəfə 2019-cu ildə gündəmə gəlsə də, Epşteyn sənədlərinin yenidən açıqlanması ilə müzakirələr yenidən alovlanıb. Nəticədə uzun illərdir verilən “Simpsonlar bunu haradan bilirdi?” sualı bu dəfə “Serial daxili məlumatlara əsaslanırdımı?” formasında səslənməyə başlayıb.

37 mövsüm yayımlanan serialın əvvəlki bölümləri də yenidən diqqətlə araşdırılır. Xüsusilə 3 dekabr 2000-ci ildə yayımlanan, 12-ci mövsümün 6-cı bölümündə səslənən “Haradasa bir adada bəzi dəli sürünənlər gizlicə dünyanı idarə edir” ifadəsi suallar doğurub.

Sözügedən “ada”nın Epşteynin şəxsi adasına işarə edib-etmədiyi də serialın digər “peyğəmbərlikləri” kimi sosial mediada və ictimai müzakirələrdə geniş yer alır.

Bizə qoşulun