Medianews.az
Siyasi partiyaların maliyyə hesabatları dərc olunub
192 baxış

Siyasi partiyaların maliyyə hesabatları dərc olunub

Mərkəzi Seçki Komissiyası dövlət qeydiyyatında olan 26 siyasi partiyanın 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Siyasi partiyalar hər il aprel ayının 1-dən gec olmayaraq illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməyə borcludur.

Medianews.az bildirir ki, Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının maliyyə hesabatında gəlirlər 47,5 milyon manata yaxın, xərclər 28,1 milyon manatdan çox göstərilir.

Əsas müxalif qurumlardan sayılan Müsavat Partiyasının hesabatında 60 min 586 manat gəlir əldə olunduğu, 60 min 582 manata yaxın xərc çəkildiyi göstərilir.

Başqa bir aparıcı müxalif təşkilatın - Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatında gəlir və xərcin olmadığı yer alır.

Qanunvericilik siyasi partiyanın bu mənbələr hesabına maliyyələşməsini nəzərdə tutur: üzvlük haqqı; ianə; dövlət maliyyə yardımı; çap mediası nəşrindən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanmasından əldə edilən gəlir; mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait; hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak; qanunla qadağan olunmayan digər gəlirlər.

Medianews.az 

Bizə qoşulun