Medianews.az
Şok iddia:
116 baxış

Şok iddia: “Barselona”nın qapıçısı oyun zamanı siqaret çəkib?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Barselona doğma meydanda Nyukasl Yunayted üzərində 7:2 hesablı qələbə qazanaraq dörddəbir finala yüksəlib.

Medianews.az xəbər verir ki, qarşılaşmadan sonra diqqətləri çəkən əsas məqam oyundan çox yayılan bir görüntü olub.

Sosial mediada yayılan fotoda “Barselona”nın qapıçısı Voyçex Şesninin oyun zamanı siqaret çəkdiyi iddia edilir. Qısa müddətdə viral olan bu görüntü futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

İstifadəçilərin bir qismi fotonun real olduğunu iddia etsə də, digərləri bunun montaj və ya səhnələşdirilmiş görüntü olduğunu irəli sürür. Bu isə məsələnin daha da qalmaqallı xarakter almasına səbəb olub.

Hazırda hadisə ilə bağlı nə klub, nə də futbolçunun özü tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Şəklin həqiqiliyi hələ təsdiqlənməyib və sosial mediada müzakirələr davam edir.

Qeyd edək ki, “Barselona”nın böyükhesablı qələbəsi kölgədə qalsa da, yayılan bu görüntü gündəmin əsas mövzularından birinə çevrilib.

Tartışma yaratan kare! Gerçekse yer yerinden oynar

Bizə qoşulun