Medianews.az
Sol tərəf üstə yatmaq təhlükəlidir? -
106 baxış

Sol tərəf üstə yatmaq təhlükəlidir? - açıqlama

Kardioloq Renato Apolito sol böyrü üstə yatmağın ürəyə mənfi təsir göstərmədiyini bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bu barədə elmi sübutlar yoxdur.

Mütəxəssis vurğulayıb ki, sağlamlıq üçün əsas olan yuxunun keyfiyyəti və müddətidir. Gecə 7–9 saatlıq dərin və rahat yuxu stressi və iltihabı azaldır, ürək-damar sistemini qoruyur.

Ən böyük gizli təhlükə isə yuxu apnoesidir – yuxuda nəfəsin dayanması. Bu vəziyyət təzyiqi yüksəldir, ürək ritm pozğunluqlarına, o cümlədən fibrilyasiya riskinə səbəb ola bilər. Pozadan çox yuxunun keyfiyyəti önəmlidir. İnsan rahat olduğu mövqedə yata bilər, əsas məsələ nəfəsin normal olması və yuxunun kəsilməməsidir.

Medianews.az

Bizə qoşulun