Medianews.az
Su çərşənbəsində iki nəfər
112 baxış

Su çərşənbəsində iki nəfər tonqalda yandı

Ötən axşam su çərşənbəsi səbəbilə qalanan tonqalda iki yanıq xəsarəti alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tonqalda yanma səbəbilə 2 çağırış qeydə alınıb.

Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı (kişi) və 9 yaşlı (qadın) şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Bizə qoşulun