Medianews.az
Sumqayıtda Novruz tonqalı
116 baxış

Sumqayıtda Novruz tonqalı PARTLADI - VİDEO

Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.

Medianews.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Birləşmiş məhəlləsi ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.

Bizə qoşulun