Medianews.az
Sumqayıtda yaşayış binasında YANĞIN -
166 baxış

Sumqayıtda yaşayış binasında YANĞIN - FOTO

Sumqayıt şəhəri, 8-ci mikrorayonda yaşayış binasında yanğın baş verib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə 27B ünvanında qeydə alınıb.

Məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində operativ tədbirlər görülüb.

İlkin ehtimala əsasən, yanğına səbəb elektrik xətlərində baş verən qısaqapanma olub.

Bizə qoşulun