Medianews.az
Sumqayıtda zəncirvari qəza -
84 baxış

Sumqayıtda zəncirvari qəza - 4 maşın bir-birinə girdi

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Bizə qoşulun