Medianews.az
Sumqayıtın bir hissəsi niyə susuz qalıb? -
92 baxış

Sumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərinin 3-cü və 5-ci mikrorayonunda suyun verilişində fasilə yaranıb.

Oxu.Az-a daxil olan məlumata əsasən, 5-ci mikrorayonda həmin fasilə dünən axşam saatlarından başlayıb.

Medianews.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazini qidalandıran içməli su xəttində qəza baş verib:

"Hazırda xəttin təmiri və bərpası istiqamətində işlər başa çatdırılıb. Suyun xətlərə dolması prosesi gedir, bir neçə saat ərzində suyun verilməsi ünvanlar üzrə bərpa ediləcək".

Bizə qoşulun