Medianews.az
Sümüklər üçün təhlükə  -
79 baxış

Sümüklər üçün təhlükə - 3 əsas QİDA

Mütəxəssislər bildirirlər ki, bəzi qidalar sümük sağlamlığına ciddi zərər verə bilər.

Medianews.az xəbər verir ki, ən zərərli amil kimi spirtli içkilər göstərilir.

Həkimlərin sözlərinə görə, alkoqol sümük yaradan hüceyrələri zəiflədir və D vitamininin mənimsənilməsinə mane olur.

İkinci zərərli qrup isə qazlı içkilərdir. Onların tərkibindəki fosfor turşusu orqanizmdə kalsium balansını pozaraq sümüklərdən kalsiumun azalmasına səbəb olur.

Bundan əlavə, həddindən artıq duzlu qidalar da orqanizmdən kalsiumun xaric olunmasını sürətləndirir. Buna görə mütəxəssislər duz istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun