Medianews.az
Süni intellektin səhvinə görə
60 baxış

Süni intellektin səhvinə görə 4 ay həbsdə qaldı

ABŞ-də 50 yaşlı qadın süni intellekt səhvi nəticəsində əsassız olaraq həbs edilib.

Medianews.az xəbər verir ki, polis Şimali Dakotada baş verən dələduzluq hadisəsini araşdırarkən üz tanıma proqramından istifadə edib. Sistem şübhəli şəxs kimi Tennessi ştat sakini Anjela Lippsi müəyyənləşdirib.

Polis onu nəvələrinin gözü qarşısında həbs edib. Lipps təxminən 4 ay ekstradisiya gözləyərkən həbsdə qalıb.

Yalnız vəkilin təqdim etdiyi bank çıxarışları onun cinayət yerindən minlərlə kilometr uzaqda olduğunu sübut etdikdən sonra məhkəmə işi bağlayıb və qadın azadlığa buraxılıb.

Lakin bu müddət ərzində o, evini, avtomobilini və hətta itini itirib.

Faktla bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun