Medianews.az
Süni zəka ixtiraçı ola bilər?
127 baxış

Süni zəka ixtiraçı ola bilər?

Yaponiyada patent qanunlarına görə yalnız həqiqi insanlar ixtiraçı kimi tanına bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı Yaponiya Ali Məhkəməsi qərar verib.

2020-ci ildə amerikalı mühəndis “DABUS” adlı süni zəka sistemi ilə hazırlanan bir məhsul üçün patent müraciəti etmişdi. Sistem tamamilə müstəqil işlədiyi üçün ixtiraçı kimi özü göstərilmişdi.

Lakin Yaponiyanın patent orqanları və məhkəmələri müraciəti rədd edib, mühəndisə insanı ixtiraçı göstərmək tələbini irəli sürüb. Mühəndisin bu təklifi qəbul etmədiyinə görə patent verilmir.

Məhkəmə qərarında vurğulayıb ki, qanuna görə ixtiraçı yalnız real insan ola bilər və süni zəka müstəqil ixtiraçı kimi qəbul edilə bilməz.

Medianews.az

 

Bizə qoşulun