Medianews.az
ABŞ ordusunun çəkildiyi bazaya belə girdilər -
117 baxış

ABŞ ordusunun çəkildiyi bazaya belə girdilər - GÖRÜNTÜLƏR

Suriyanın şimal-şərqində yerləşən strateji hərbi bazada nəzarət dəyişikliyi baş verib.

Medianews.az xəbər verir ki, ABŞ Ordusunun bölgədən geri çəkilməsindən sonra Suriya Ordusu Kasrak bazasına daxil olaraq əraziyə nəzarəti ələ keçirib.

Məlumata görə, ABŞ qüvvələri son dövrlərdə Suriyanın şimal-şərqində yerləşən bəzi hərbi mövqelərini mərhələli şəkildə boşaldır. Bu çərçivədə Kasrak bazasının da tərk edildiyi, hərbi texnika və şəxsi heyətin ərazidən çıxarıldığı bildirilir.

Sosial mediada yayılan görüntülərdə Suriya ordusuna məxsus bölmələrin bazaya daxil olaraq mövqelərini möhkəmləndirdiyi əks olunub. Əsgərlərin əraziyə yerləşdirilməsi diqqət çəkən məqamlardan biri kimi qeyd olunur.

Hərbi ekspertlər bu addımın bölgədə güc balansına təsir göstərə biləcəyini bildirirlər. Xüsusilə Haseke xətti boyunca hərbi mövcudluğun dəyişməsi nəzarətin yenidən formalaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Kasrak bazası Suriyanın şimal-şərqində mühüm logistika və hərbi mərkəzlərdən biri hesab olunur. Burada baş verən nəzarət dəyişikliyi regiondakı hərbi və siyasi tarazlıqlar baxımından strateji əhəmiyyət daşıyır.

Medianews.az

Bizə qoşulun