Medianews.az
Tailand ayağa qalxdı:
117 baxış

Tailand ayağa qalxdı: İrandan Hörmüzdəki "gəmi terroru"na görə üzr istəmək tələbi

Tailandın Xarici İşlər Nazirliyi martın 12-də (2026) İranın Banqkokdakı səfiri Nəsirəddin Heydərini çağıraraq, Hörmüz boğazında Tailandın "Mayuree Naree" yük gəmisinə endirilən raket zərbəsi ilə bağlı rəsmi etiraz notası təqdim edib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, Tailand tərəfi dinc ticarət gəmisinə qarşı zorakılığı qətiyyətlə pisləyib və Tehran hökumətindən rəsmi üzr istəməyi tələb edib.

Gəmi heyətinin 23 üzvündən 20-si Oman Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edilsə də, maşın şöbəsinin 3 əməkdaşı hələ də itkin düşmüş sayılır. İlkin ehtimala görə, onlar raket zərbəsi nəticəsində mühərrik bölməsində yaranan yanğın zamanı orada sıxılıb qalıblar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücuma görə məsuliyyəti üzərinə götürərək bildirib ki, Tailand gəmisini "xəbərdarlıqlara məhəl qoymadığı" üçün hədəf alıb. Lakin Banqkok gəminin ballastsız (yüksüz) olduğunu və heç bir hərbi məqsəd daşımadığını vurğulayıb.

Marşal adaları bayrağı altında üzən və "Precious Shipping" şirkətinə məxsus olan 30 min tonluq "Mayuree Naree" gəmisi hazırda Oman sahilləri yaxınlığında yanmaqda davam edir. Gəmidəki yanğının söndürülməsi üçün beynəlxalq xilasetmə qrupları cəlb olunub.

 Tailandın təşəbbüsü ilə martın 13-də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək. İclasda İranın mülki gəmilərə hücumları və regionun enerji təhlükəsizliyi müzakirə olunacaq.

Tailandın XİN rəsmisi Sirilak Niyom səfirə bildirib ki, dinc mülki şəxslərin həyatını təhlükəyə atan bu cür hərəkətlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İran səfiri başsağlığı versə də, hücumun "hərbi zərurətdən" qaynaqlandığını qeyd edib.

Bizə qoşulun