Medianews.az
Tehranda müdafiə naziri və SEPAH rəhbəri ilə vida mərasimi keçiriləcək
100 baxış

Tehranda müdafiə naziri və SEPAH rəhbəri ilə vida mərasimi keçiriləcək

ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İranın müdafiə naziri Əziz Nasirzadə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Məhəmməd Pakpur da daxil olmaqla iranlı generallarla vida mərasimi çərşənbə günü Tehranda keçiriləcək.

Bu barədə SEPAH-ın Böyük Tehran rayonu üzrə idarəsindən məlumat verilib.

Əvvəllər İranın SNN telekanalı xəbər yaymışdı ki, yüksək rütbəli hərbçilərlə vida mərasimi çərşənbə günü Tehranın İnqilab meydanında başlayacaq.

Bizə qoşulun