“Televizora və ya yutub videolarına baxarkən yuxuya getmək insanın normal yuxu rejimini pozur”.
Medianews.az xəbər verir ki, bunu yuxu mütəxəssisi Karema Maqomedova deyib.
Həkim qeyd edib ki, insan ekrana baxmasa belə, televizorun işığı melatonin hormonunun istehsalını azaldır. Bu cür hallarda beyin yatarkən belə məlumatları emal etməyə davam edir. Bu isə sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb olur və insanın səkkiz saat yataqda qalmasına baxmayaraq kifayət qədər dincəlməsinə mane ola bilər.
Maqomedova əlavə edib ki, səssizlikdə yuxuya getməkdə çətinlik çəkən insanlar televizor əvəzinə təbiət səslərini və ya sakit, sözsüz musiqini dinləyə bilərlər. Onun sözlərinə görə, bu cür musiqidə səs səviyyəsində qəfil dəyişikliklər və güclü emosional təsir yaradan hissələr olmamalıdır.
Medianews.az