Xətai rayonunda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını qəza törədib.
Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
Təhməz Səfərovun idarə etdiyi KTB-yə aid “QAZ-53” markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.