Medianews.az
Tərtərdə 400-dən çox abonentin
111 baxış

Tərtərdə 400-dən çox abonentin qaz təchizatı dayandırılacaq

Martın 16-ı saat 10:00-da Tərtərdə 415 abonentin qazı kəsiləcək.

Medianews.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb "Tərtər 2" ölçü qovşağından qidalanan - Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.

Bildirilib ki, təbii yanacağın verilişi qoşulma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bizə qoşulun