Bu il məzuniyyət üçün ən əlverişli yay ayı iyul olacaq.
Bu məlumatı “RİA Novosti” “Rabota.ru” servisinin personal və təşkilati inkişaf üzrə direktoru Yuliya Sanina ilə bölüşüb.
Onun fikrincə, istirahət planlaşdırarkən aydakı iş günlərinin sayını nəzərə almaq vacibdir. Mütəxəssis deyib ki, 2026-cı ilin yayında ən çox iş günü iyul ayında olacaq - 23 gün. Beləliklə, iyul məzuniyyət üçün ən sərfəli ay hesab edilib.
Ekspert əlavə edib ki, ödənişlər hesablanarkən əməkhaqqının məbləği konkret aydakı iş günlərinin sayına bölünür: bu günlərin sayı nə qədər çox olarsa, məzuniyyət işçi üçün bir o qədər qazanclı olur./publika.az