Dubayda istirahətdə olan TikTok fenomenləri Hülya Mizgin, Qaragül Çağlayan və Yıldırımın xarici turistlərlə mübahisəsi dava ilə nəticələnib.
Medianews.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Naməlum səbəbdən başlayan sözlü qarşıdurma qısa müddətdə əlbəyaxa davaya çevrilib. Tərəflərin bir-birinə hücum etdiyi, yerə yıxılaraq sürükləndiyi anlar hadisə yerində olan şəxslərdən biri tərəfindən mobil telefonla lentə alınıb.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Medianews.az