Medianews.az
Tovuzda ana körpə qızını yaşlı qadının
121 baxış

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, ortayaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib və çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anasını evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Bizə qoşulun