Medianews.az
Toy günü yanğın –
176 baxış

Toy günü yanğın – 3 it ÖLDÜ

ABŞ-də qızlarının toyu günü ər-arvadın evi yanıb.

Medianews.az xəbər verir ki, hadisə Şimali Karolinada baş verib.

Cütlük faciəvi xəbəri gəlin atası ilə rəqs etmək istəyəkən öyrənib. Qonşu kişiyə zəng edərək evinin alovlandığını deyib. Yanğınsöndürənlər gələnə qədər ev artıq tamamilə yanıb.

Gəlinin valideynlərinin sözlərinə görə, toya getdikdən sonra evdə üç it qoyublar. Onların cəsədləri yanğınsöndürənlər tərəfindən tapılaraq basdırılıb. Bundan əlavə, cütlüyün 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərinə aid bütün pulları, fotoşəkilləri və xatirə əşyaları yanğında itib.

Gəlin izah edib ki, valideynləri kömək istəməyi xoşlamırlar. Lakin onların kömək istəməyə ehtiyacı var. Valideynlərinin vəziyyətini yüngülləşdirmək məqsədi ilə qadın yeni bir ev üçün ianə toplama kampaniyası başladıb.

Medianews.az

Bizə qoşulun