Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər dünən gecə saatlarından etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son hadisələri müzakirə ediblər.
(Qafqazinfo)